...

Paytaxt sakinini hədələyib pulunu ələ keçirən şəxslər saxlanılıb

Cəmiyyət Materials 27 Oktyabr 2025 13:58 (UTC +04:00)
Paytaxt sakinini hədələyib pulunu ələ keçirən şəxslər saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 25-də axşam saatlarında Binəqədi rayonunda naməlum şəxslər 26 yaşlı paytaxt sakinini kəsici alətlə hədələyərək onun 1480 manatını ələ keçiriblər.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən 4 nəfər- Ə.Məlikov, M.Mustafayev, A.Məmmədov və A.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti