...

Sanksiyalar fonunda Rusiyanın fond birjası çöküb

Dünya xəbərləri Materials 27 Oktyabr 2025 12:40 (UTC +04:00)
Sanksiyalar fonunda Rusiyanın fond birjası çöküb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyalar fonunda Moskvanın fond birjası çöküb.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, 2024-cü ildən bəri ilk dəfə olaraq birjanın əsas indeksi olan IMOEX2 - 2500 bənddən aşağı düşüb.

Moskva Birjasının indeksi Bakı vaxtı ilə saat 10:41-ə olan məlumata görə, əvvəlki bağlanışla müqayisədə 1,56% azalaraq 2504,25 bəndə düşüb. Qısa müddət əvvəl göstərici ötən ilin 20 dekabr tarixindən bəri ən aşağı səviyyəsini yeniləyərək 2499,22 bəndədək enib.

Bundan əlavə, Rusiyanın dövlət istiqrazları indeksi olan RGBI də azalma nümayiş etdirərək 114 bəndə düşüb ki, bu da ötən həftə ilə müqayisədə təxminən 2,5 bənd aşağıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti