...

ABŞ müdafiə naziri Hind-Sakit okean regionuna səfər edəcək

Dünya xəbərləri Materials 27 Oktyabr 2025 08:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ müdafiə naziri Pit Heqset bu həftə Hind-Sakit okean regionuna səfər edəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Pentaqon rəhbərinin Havay, Yaponiya, Malayziya, Vyetnam və Cənubi Koreyaya baş çəkməsi planlaşdırılır.

Səfərin əsas mövzuları arasında ABŞ-nin Hind-Sakit okean bölgəsinə strateji diqqətinin artırılması, müttəfiq ölkələrin müdafiə xərclərinin yüksəldilməsi və kollektiv müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi yer alır.

Məlumata görə, Havayda Heqset ABŞ-nin Hind-Sakit okean Komandanlığının rəhbərləri ilə görüşəcək, Malayziyada isə ASEAN Müdafiə Nazirlərinin görüşündə iştirak etməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti