Bakı. Trend:
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsi tərəfindən KTN-nin Aqrar Xidmətlər Agentliyi, DİN-in Masallı Rayon Polis Şöbəsi və yerli icra nümayəndəliyinin əməkdaşları ilə birgə Masallı rayonunun Kosakül kəndində fəaliyyət göstərən heyvan bazarında monitorinq keçirilib.
Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, bazar ərazisinə gətirilən nəqliyyat vasitələri dezinfeksiya edilib:
"İri və xırdabuynuzlu heyvanlara baxış keçirilib. Qeydə alınmış nöqsanların aradan qaldırılması barədə müvafiq göstərişlər verilib".