Bakı.Trend:
22 rayonda 2 439 qadın paralel 2 istiqamət üzrə mammoqrafiya müayinəsindən keçib.
Trend xəbər verir ki, bu fikirləri TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmli jurnalistlərə açıqlamasında deyib.
TƏBİB rəsmisi qeyd edib ki,11 rayon üzrə nəticələrin təhlili aparılıb:
“1.219 nəfərdən 386-da BI-RADS 3 (Böyük ehtimalla xoşxassəlidir (təxminən 98%, 3–6 ay sonra yenidən yoxlanılmalıdır), 51 nəfərdə isə BI-RADS 4 ( Xərçəng riski var. Biopsiya məsləhətdir) aşkarlanıb”.
