Bakı. Trend:
Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi üçün keçid balları müəyyən edilib.
Bu barədə Trend-ə Təhsil İnstitutunun nəzdində İnsan Respursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, keçid balı Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 35 bal, Bakı Şəhəri Təhsil İdarəsi və digər regional təhsil idarələri üzrə isə 40 bal müəyyən edilib.