...

Keşlədə tikinti materialları olan ərazidə yanğın olub (VİDEO)

Hadisə Materials 27 Oktyabr 2025 09:21 (UTC +04:00)
Keşlədə tikinti materialları olan ərazidə yanğın olub (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində tikinti materiallarının yanması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 400 kv.m olan talvar altına yığılmış tikinti materialları 150 kv.m sahədə və yaxınlıqda dayanmış "Mercedes" markalı minik avtomobilinin salon hissəsi qismən yanıb.

Tikinti materialları və avtomobilin qalan hissəsi, ətraf ərazilər yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti