Bakı.Trend:
Bu il 22 regionda 3 mindən çox qadını süd vəzi xərçəngi ilə bağlı müayinələrə cəlb etmişik.
Trend xəbər verir ki, bu fikirləri TƏBİB-in təşkilatçılığı ilə keçirilən “Xərçəngdən güclüsən” tədbirində qurumun Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmli bildirib.
O vurğulayıb ki, TƏBİB-in 2025–2027-ci illər üzrə əsas planında infeksion xəstəliklər xüsusi yer tutur və əsas strateji istiqamətlərdən biri kimi müəyyən edilib:
“Bu günə qədər biz əhali arasında korporativ sosial xidmətləri daha çox özəl sektordan gözləyirdik. Lakin hazırda dövlət qurumları da bu istiqamətdə müəyyən layihələr həyata keçirir”.
