...

Azərbaycanda qeyri-həyat sığortası bazarı 8%-dən çox böyüyüb

İqtisadiyyat Materials 27 Oktyabr 2025 11:17 (UTC +04:00)
Azərbaycanda qeyri-həyat sığortası bazarı 8%-dən çox böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 501,817 milyon manat sığorta haqqı toplanılıb.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38,2 milyon manat və ya 8,2% çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 8,57 milyon manat və yaxud 4,5% artaraq 199,233 milyon manata çatıb.

Beləliklə, 9 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,7 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1,157 milyard manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 133,5 milyon manat və ya 13% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib.

Bu isə illik müqayisədə 130,1 milyon manat və ya 23,5% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti