Bakı. Trend:
“Buta Sığorta və Təkrar Sığorta Brokeri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) təşkilati-hüquqi formasını dəyişir.
Trend xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Məlumata görə, “Buta Sığorta və Təkrar Sığorta Brokeri” bundan sonra fəaliyyətini məhdud formada davam etdirəcək.
Beləliklə, şirkət QSC-dən Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrildiyini elan edir.
Məlumatda vurğulanıb ki, bu qərara müvafiq olaraq, AZ1001021364 qeydiyyat nömrəli ümumi dəyəri 2 min manat, hər birinin nominal dəyəri 1 manat olan 2 min ədəd adi, adlı səhm dövriyyədən çıxarılır.
Qeyd edək ki, Buta Sığorta və Təkrar Sığorta Brokeri 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Miskərli Abas İlqar oğludur.
