...

Azərbaycan doqquz ayda 1,2 milyard dollarlıq yüksək texnologiyalar məhsulları idxal edib

İqtisadiyyat Materials 27 Oktyabr 2025 10:36 (UTC +04:00)
Azərbaycan doqquz ayda 1,2 milyard dollarlıq yüksək texnologiyalar məhsulları idxal edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1,2 milyard ABŞ dolları dəyərində yüksək texnologiyalar məhsulları idxal edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 31,3 milyon ABŞ dolları və ya 2,65% çoxdur.

Hesabat dövründə sözügedən məhsulların idxalda xüsusi çəkisi 7,24% təşkil edib.

Eyni zamanda, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan 29,1 milyon ABŞ dolları dəyərində yüksək texnologiyalar məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 141,8 milyon ABŞ dolları və ya 5,9 dəfə azdır.

Hesabat dövründə sözügedən məhsulların ixracda xüsusi çəkisi 0,16% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti