Bakı. Trend:
HƏMAS-ın Qəzzadakı ofisinin rəhbəri Xəlil əl-Hayya bildirib ki, təşkilat Qəzzanın idarəçiliyini qeyri-siyasi və milli fiqurlardan ibarət komitəyə təhvil verməyə hazırdır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, təxminən dörd ay əvvəl HƏMAS Misir tərəfinə 40-dan çox tanınmış ictimai və qeyri-siyasi şəxsin adlarının yer aldığı siyahı təqdim edib və onların arasından komitə üzvlərinin seçilə biləcəyini bildirib.
Əl-Hayya əlavə edib ki, yaradılacaq bu komitənin nəzarəti altında vətəndaş polisi də fəaliyyət göstərəcək.