...

Azərbaycanda həyat sığortası bazarı 17% böyüyüb

İqtisadiyyat Materials 27 Oktyabr 2025 11:09 (UTC +04:00)
Azərbaycanda həyat sığortası bazarı 17% böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 655,437 milyon manat sığorta haqqı toplanılıb.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 95,3 milyon manat və ya 17% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 121,6 milyon manat və yaxud 33,5% artaraq 484,664 milyon manata çatıb.

Beləliklə, 9 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 73,9 manatı müştərilərə geri ödənilib.

Qeyd edık ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1,157 milyard manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 133,5 milyon manat və ya 13% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib.

Bu isə illik müqayisədə 130,1 milyon manat və ya 23,5% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti