Bakı.Trend:
Qadınlar arasında süd vəzi xərçəngi birinci yer tutur. Dünyada 8 qadından biri bu xəstəlikdən əziyyət çəkir.
Trend xəbər verir ki, bu fikirləri TƏBİB-in təşkilatçılığı ilə keçirilən “Xərçəngdən güclüsən” tədbirində qurumun icraçı direktor müavini Anar İsrafilov deyib.
O vurğulayıb ki, erkən aşkarlanma aparılarsa ÜST-ün verdiyi məlumata əsasən, düzgün müalicə ilə süd vəzi xərçəngindən sonra qadınların 5 illik yaşama şansı 90-95% olur:
“TƏBİB tərəfindən ölkəmizin regionlarında da bu istiqamətdə mübarizə aparılır. Nəticələr də ilin sonunda açıqlanacaq”.
A.İsrafilov həmçinin deyib ki, 40-69 yaş arası qadınlar 2 ildə bir dəfə xərçəngə qarşı müayinədən keçməlidirlər.
