Bakı. Trend:
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda kredit sığortası üzrə sığorta şirkətlərinin yığımları 4,019 milyon manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 0,24 milyon manat və ya 6,3% çoxdur.
Eyni zamanda, hesabat dövründə kredit sığortası üzrə ödənişlərin həcmi 50 min manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 8 min manat və ya 13,8% azdır.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1,157 milyard manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 133,5 milyon manat və ya 13% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib.
Bu isə illik müqayisədə 130,1 milyon manat və ya 23,5% çoxdur.
