Bakı.Trend:
Bu il “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”nı qazanan qızlar 57 rayonu və 16 şəhəri təmsil edirlər.
Trend xəbər verir ki, bu fikirləri bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimində çıxışı zamanı deyib.
B.Muradova qeyd edib ki, Bakı Dövlət Univetsitetindən bu il təqaüd 23 nəfərə şamil olunub:
“Bu il ilk dəfə Naxçıvandan 14 nəfər layihəyə qoşulub. Mühəndislik, texnologiya informasiya elmləri ixtisaslarına qəbul olunan gənc qızlarımızın sayı nəzərəçarpacaq dərəcədə artıb”.
O vurğulayıb ki, Data analitika üzrə təhsil alan qızlar bu il ilk dəfə layihəyə qoşulublar.
