...

“Melissa” qasırğasının Karib ölkələrində ağır təbii fəlakətlərə yol açacağı gözlənilir

Dünya xəbərləri Materials 27 Oktyabr 2025 14:58 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sinoptiklər sabah səhər saatlarında Yamaykaya daxil olacaq dağıdıcı Melissa qasırğasının ölkədə, eləcə də Karib hövzəsinin şimalında yerləşən digər ölkələrdə leysan yağışlara və güclü daşqınlara səbəb olacağını proqnozlaşdırırlar. "Melissa"nın yaxın zamanda beşinci kateqoriyalı qasırğaya çevriləcəyi gözlənilir.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Amerikanın Milli Qasırğa Mərkəzi "Melissa"nın gətirdiyi küləklərin sürətinin saatda 233 kilometrə qədər yüksəldiyini və dənizdə 3 metr hündürlükdə nəhəng dalğalar ərsəyə gətirdiyini bildirib.

Mərkəzin rəsmiləri ən ağır zərbənin Yamaykaya dəyəcəyini və bəzi sahilyanı kənd və qəsəbələrin katastrofik daşqınlara tab gətirə bilməyəcəyi barədə xəbərdarlıq yayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti