...

Füzuli karvansarayı bərpa olunacaq

Cəmiyyət Materials 27 Oktyabr 2025 14:48 (UTC +04:00)
Füzuli karvansarayı bərpa olunacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Füzuli rayonunun Qarğabazar kəndində yerləşən Karvansarayın (214 inventar nömrəli) bərpa və ərazinin abadlaşdırılması işləri aparılacaq.

Trend-in məlumatına görə, Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) artıq bununla bağlı müvafiq işlərə başlayıb.

Qurum hazırda sözügedən işlərin layihə-smeta sənədlərini hazırlayacaq şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda MMC görüləcək işlərin 314 706 manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, karvansara 1681-ci ildə Füzuli şəhərindən 8 kilometr cənubda yerləşən Qarğabazar kəndinin mərkəzində, çox da hündür olmayan bir təpənin yamacında inşa olunub. Karvansara tikilisinin eni 23,7 metr, uzunluğu isə 34,7 metrdir. Qarğabazar kəndində tikildiyi üçün o, Qarğabazar karvansarası adı ilə tanınır. Bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər. Onun memarı məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti