...

Azərbaycanda aşağı gərginlikli elektrik avadanlıqlarına dair yeni tələblər müəyyənləşir

İqtisadiyyat Materials 27 Oktyabr 2025 15:15 (UTC +04:00)
Azərbaycanda aşağı gərginlikli elektrik avadanlıqlarına dair yeni tələblər müəyyənləşir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda “Aşağı gərginlikli elektrik qurğularının və avadanlıqlarının təhlükəsizliyi haqqında texniki reqlament” layihəsi hazırlanıb.

Trend xəbər verir ki, sənəd Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə hazırlanıb və hazırda ictimai müzakirələr mərhələsindədir.

Məlumata əsasən, bu mərhələ yekunlaşdıqdan sonra layihə təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

“İctimai dinləmələr zamanı maraqlı şəxslər tərəfindən layihəyə dair təqdim edilmiş rəy, irad və təkliflərin qanunvericiliyin tələbləri nəzərə alınmaqla təhlili, o cümlədən aidiyyəti qurumlarla razılaşdırılmaqla təsdiqi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti