Bakı.Trend:
Son illərdə oğlanların təhsil və tərbiyəsi ilə bağlı göstəriciləri bizi narahat edir.
Trend xəbər verir ki, bu fikirləri bu gün Elm və Təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimində çıxışı zamanı deyib.
“Oğlanların təhsil göstəricilərdə geriləmələr var. Hər şeyi nazirliyin üzərinə atıb həll yolu gözləmək lazım deyil, bu, hər ana-atanın öz məsuliyyətidir”, - deyə o əlavə edib.
Nazir “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”na ayrılan maliyyədən də danışıb:
"Biz dövlət-özəl partnyorluğuna inanırıq. Bu layihəyə bütün dəstək özəl sektordan ayrılıb".
 
                                     
                            