Bakı. Trend:
“Sumqayıt” daha bir basketbolçunun keçidini reallaşdırıb.
Trend xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Məlumata görə, komanda müqavilə ilə “Sabah”a məxsus olan Hüseyn Qaflanovu icarəyə götürüb.
O, daha əvvəl İspaniyanın “Real Madrid” və “Valensiya”, “Cənubi Kaliforniya” akademiyalarında, eləcə də VKM, “DME Wisconsin” kimi klublarda çıxış edib.