...

Mühəndislik və texniki sahələrə maraq göstərən qızların sayı artır - Emin Əmrullayev

Cəmiyyət Materials 27 Oktyabr 2025 16:06 (UTC +04:00)
Mühəndislik və texniki sahələrə maraq göstərən qızların sayı artır - Emin Əmrullayev
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Xüsusilə mühəndislik və texniki sahələrə meyilli gənc qızların sayı artır. Bu isə gələcək nəsildə anaların daha çox ali təhsilli olacağı deməkdir.

Trend xəbər verir ki, bu fikirləri bu gün Elm və Təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimində səsləndirib.

O qeyd edib ki, statistik hesablamalara görə, 2030-cu illərin sonlarına doğru bu təsiri daha aydın görmək mümkün olacaq:

"Uzunmüddətli təhsilin nəticələrini ölçmək statistik olaraq çətin olsa da, əslində hər bir qızın bu gün aldığı təhsil gələcək nəsildə böyük təsir göstərəcək. Əsas məqam odur ki, cəmiyyətimizdə qadınların və qızların həm təhsildə, həm iqtisadi sahədə, həm də iş həyatında layiqli imkanlarla təmin olunması vacibdir".

“Bu prosesdə Azərbaycan kişilərinin də rolu böyükdür. Qadınların təhsili və müstəqil inkişafı kişilərin uğur və təhlükəsizlik hissini əngəlləmir, əksinə, cəmiyyəti daha güclü və balanslı edir. Qadınlar cəmiyyətdə bərabər hüquqlu vətəndaşlar kimi iştirak etdikdə, həm ailədə, həm iş yerində, həm də ümumi sosial həyatda müsbət dəyişikliklər baş verir”, - nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti