...

Bəzi bölgələrdə və ucqar kəndlərdə təhsilə çıxışda müəyyən çətinliklər mövcuddur - Komitə sədri

Cəmiyyət Materials 27 Oktyabr 2025 17:50 (UTC +04:00)
Bəzi bölgələrdə və ucqar kəndlərdə təhsilə çıxışda müəyyən çətinliklər mövcuddur - Komitə sədri
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bəzi bölgələrdə və ucqar kəndlərdə təhsilə çıxışda müəyyən çətinliklər mövcuddur.

Trend xəbər verir ki, bu fikirləri bu gün “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, problemlərin aradan qaldırılması üçün layihələr vasitəsilə gənclərin təhsil imkanlarını genişləndirməyə çalışırıq:

“5 ildir həyata keçirdiyimiz qızların təhsilinə dəstək layihəsi də məhz bu məqsədə xidmət edir. Qızların təhsilinə xüsusi diqqət göstərməyimizin öz səbəbləri var. Bəzi ailələrdə, xüsusilə ucqar kəndlərdə hələ də müəyyən stereotiplər qalmaqdadır”.

Komitə sədri deyib ki, bəziləri düşünür ki, qız uşağının təhsili vacib deyil, onun ailə təsərrüfatı ilə məşğul olması kifayətdir.

“Bu cür yanaşmalar, təəssüf ki, hələ də mövcuddur. Halbuki Azərbaycan qanunvericiliyi bu halların qarşısını almaq üçün bütün hüquqi təminatları nəzərdə tutub.Buna baxmayaraq, bəzi istisna hallarda biz müvafiq tədbirlər görməyə məcbur oluruq ki, təhsildən uzaq düşmüş istər qız, istərsə də oğlan uşaqları yenidən məktəbə qaytarılsın”, deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti