...

Avropa Parlamenti “COP29 Bakı Çağırışını” qlobal iqlim gündəliyinin əlamətdar hadisəsi kimi qiymətləndirib

Siyasət Materials 27 Oktyabr 2025 16:53 (UTC +04:00)
Avropa Parlamenti “COP29 Bakı Çağırışını” qlobal iqlim gündəliyinin əlamətdar hadisəsi kimi qiymətləndirib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamenti ölkəmizin uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində qəbul olunmuş Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışını (Bakı Çağırışı) iqlim fəaliyyəti, sülh və təhlükəsizlik sahəsində qlobal gündəliyin irəliləməsində mühüm mərhələ olduğu qənaətindədir.

Trend xəbər verir ki, Braziliyanın Belem şəhərində keçiriləcək COP30 konfransı ilə bağlı Parlamentin qəbul etdiyi xüsusi qətnamədə “iqlim, sülh və təhlükəsizlik gündəliyinə artan diqqət COP konfranslarında öz əksini tapmış, xüsusilə COP29 zamanı “Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışı”nın qəbul olunması ilə aydın şəkildə nümayiş olunmuşdur” deyə qeyd edilir.

Avropa Parlamentinin bu dəyərləndirməsi Bakı Çağırışının iqlim dəyişikliyi, münaqişələrin qarşısının alınması, humanitar yardım, sülh və münaqişədən sonrakı bərpa prosesləri arasındakı qarşılıqlı əlaqələrin həlli istiqamətində qlobal səyləri birləşdirən mühüm beynəlxalq təşəbbüs kimi artan əhəmiyyətini bir daha təsdiq edir.

Eyni zamanda, bu qiymətləndirmə Azərbaycanın qlobal iqlim diplomatiyasında lider mövqeyinin və beynəlxalq iqlim fəaliyyətində sülhə və dayanıqlı inkişafa verdiyi mühüm töhfənin bariz göstəricisidir.

COP29 çərçivəsində ölkəmizin təşəbbüsü ilə təqdim edilmiş Bakı Çağırışı dünyanın 50-dən artıq dövlətini və beynəlxalq təşkilatını, iqlim və inkişaf maliyyəsi üzrə təsisatlarını, həmçinin 300-dən artıq vətəndaş cəmiyyəti institutlarını və elmi qurumları bir araya gətirərək, xüsusilə ən az inkişaf etmiş və kiçik ada dövlətlərində dayanıqlılığın, sülhün və iqlim ədalətinin təşviqi məqsədilə birgə öhdəlikləri ehtiva edir.

Bununla yanaşı ölkəmizin COP29-a Sədrliyi dövründə BMT-nin Baş Assambleyası kimi mötəbər platformalarda keçirtdiyi yüksək səviyyəli tədbirlər, Bakı Çağırışına əsasən təsis edilmiş Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin iqlim fəaliyyəti və sülh sahəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, həmçinin iqlim dəyişikliyi və münaqişələrin təsirinə məruz qalan ölkələrin dəstəklənməsi sahəsində istiqamətverici çərçivə mexanizmi olduğuna dəlalət edir.

Ölkəmizin bu ilin noyabr ayında Braziliyanın Belem şəhərində keçiriləcək COP30 iştirakı çərçivəsində, Bakı Mərkəzi tərəfindən İllik Yüksəksəviyyəli Dialoq təşkil ediləcəkdir. İqlim diplomatiyasının lider ölkələrinin dövlət rəsmiləri, beynəlxalq təşkilatların və ekspert mərkəzlərinin nümayəndələrini bir araya gətirərək tədbirdə Bakı Çağırışının qoyduğu hədəflərdən irəli gələn konkret fəaliyyətlərə start verilməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti