Bakı. Trend:
Azərbaycan Çin şirkəti ilə "yaşıl enerji" sahəsi üzrə əməkdaşlığın mövcud vəziyyətini və növbəti addımları müzakirə edib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.
“China Energy Engineering Corporation Limited” şirkətinin vitse-prezidenti Lu Xu ilə enerji sahəsində hərtərəfli strateji tərəfdaşlığımız çərçivəsində prioritet layihələrin icrasına dair səmərəli görüş keçirdik.
Dənizdə və quruda külək və günəş enerjisinin istehsalı və ixracı, ötürücü şəbəkələrin inkişafı, “Yaşıl Enerji|nin İnkişafı üzrə Birgə Tədqiqat Mərkəzi”nin yaradılması, eləcə də ümumi gücü 760 MVt olan günəş elektrik stansiyalarının avadanlıqlarla təchizatı istiqamətində əməkdaşlığın mövcud vəziyyətini və növbəti addımları müzakirə etdik", - paylaşımda qeyd edilib.
