...

Ürək xəstəlikləri riskini müəyyənləşdirməyin yeni yolu tapılıb

Dünya xəbərləri Materials 27 Oktyabr 2025 16:23 (UTC +04:00)
Ürək xəstəlikləri riskini müəyyənləşdirməyin yeni yolu tapılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanadanın MakMaster Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, gözün torlu qişasının (retinanın) şəkillərinə əsasən insanın bioloji yaşını və ürək-damar xəstəliklərinin inkişaf ehtimalının olub-olmadığını öyrənmək mümkündür.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Science Advances” (Sci Adv) jurnalında dərc olunan araşdırma göstərir ki, gözün ən kiçik damarlarının quruluşu orqanizmin damar sisteminin vəziyyətini əks etdirir və erkən diaqnostika üçün qeyri-invaziv üsula çevrilə bilər.

“Alimlər UK Biobank və Canadian Longitudinal Study on Aging” kimi beynəlxalq məlumat bazalarından götürülmüş 74 mindən çox retina şəkilini, genetik məlumatları və qan biomarkerlərini təhlil ediblər. Nəticədə məlum olub ki, gözdə daha az şaxələnmiş damar şəbəkəsinə malik insanlar arasında iltihab prosesləri daha çox müşahidə olunur, bu şəxslərdə sürətlənmiş qocalma əlamətləri və ürək-damar xəstəlikləri riski daha yüksək olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti