...

İran səfiri Azərbaycan-Gürcüstan sərhəd-gömrük məntəqəsi ilə yaxından tanış olub

Dünya xəbərləri Materials 27 Oktyabr 2025 13:17 (UTC +04:00)
İran səfiri Azərbaycan-Gürcüstan sərhəd-gömrük məntəqəsi ilə yaxından tanış olub
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu Azərbaycanla Gürcüstan arasındakı Qırmızı Körpü sərhəd-gömrük məntəqəsinə səfər edərək, İran tranzit yük nəqliyyat vasitələrinin bu istiqamət üzrə hərəkəti ilə bağlı mövcud vəziyyətlə tanış olub.

Bu barədə Trend-ə İran Səfirliyindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan Respublikası Gömrük Xidmətinin məsul nümayəndələri səfirə gömrük prosedurları, nəqliyyat vasitələrinin və yüklərin yoxlanılması mexanizmləri, eləcə də keçid proseslərinin səmərəliliyinin artırılmasına yönəlmiş plan və tədbirlər barədə ətraflı məlumat təqdim ediblər.

İran səfiri həmçinin gömrük ərazisində olan bir qrup iranlı sürücü ilə söhbət apararaq, onların Azərbaycan ərazisindən tranzit keçid zamanı qarşılaşdıqları məsələlər və inzibati prosedurlar barədə fikirlərini öyrənib.

Qeyd edək ki, İran üçün Azərbaycan və Gürcüstan arasında sərhəd-gömrük məntəqəsi Fars körfəzi, Qara dəniz və Avropa arasında yük tranziti məqsədilə önəmli istiqamət hesab olunur. Bu istiqamət İranı Avropaya çıxışını asanlaşdırır və iqtisadi və ticarət imkanlarını artırır.

Bu istiqamət Fars körfəzi ətrafındakı ölkələri və Hindistanı İran, Azərbaycan və Gürcüstan vasitəsi ilə Avropaya birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti