Bakı. Trend:
Niderlandın Haaqa şəhərində on minlərlə insan iqlim dəyişikliyinə qarşı mübarizəni yenidən gündəmə gətirmək məqsədilə küçələrə çıxıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, aksiya parlament seçkilərindən 3 gün əvvəl keçirilib. Təxminən 45 min insan “Planet sizin səsinizə layiqdir” və “Yaşıl səs verin” kimi şüarlar yazılmış plakatlarla şəhərin küçələrində yürüş ediblər.
Qeyd edilib ki, sentyabr ayında “Eenvandaag” tərəfindən keçirilən sorğuya görə, iqlim məsələsi seçicilərin prioritetləri arasında 11-ci yeri tutub. 25 min seçicinin 19 faizi iqlimi 5 əsas problemindən 1-i kimi göstərib.
