...

İstanbulda İŞİD-ə qarşı əməliyyat: 21 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 27 Oktyabr 2025 19:00 (UTC +04:00)
İstanbulda İŞİD-ə qarşı əməliyyat: 21 nəfər saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində şəhərdə 9-u xarici döyüşçü terrorçu olmaqla, 24 İŞİD üzvünün olduğu müəyyən edilib.

Məlumata görə, şəhərin 11 rayonda yerləşən 22 ünvanda aparılan əməliyyat nəticəsində 21 şübhəli saxlanılıb. Onların təşkilatın ünsiyyət vasitəsi olan “Rockhetchat” adlı tətbiqdən istifadə etdikləri, sosial mediada İŞİD-in təbliğatını apardıqları və döyüş bölgələri ilə əlaqədə olduqları aşkarlanıb.

Digər üç şübhəlinin saxlanılması istiqamətində əməliyyatlar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti