Bakı. Trend:
Almaniya Kansleri Fridrix Merts miqrasiya mövzusunda verdiyi mübahisəli açıqlamalardan sonra ölkənin ən populyar 20 siyasətçisi arasında sondan ikinci yerə düşüb.
Trend xəbər verir ki, bu barədə məlumat “Bild” qəzetinin sifarişi ilə “INSA” tədqiqat mərkəzi tərəfindən aparılan sorğunun nəticələrinə əsaslanır.
Sorğuya görə, Merts əvvəlki 13-cü yerdən 19-cu pilləyə enib və onun reytinqi cəmi 35,2 faiz təşkil edir. Siyahıya 51,2 faiz dəstəklə müdafiə naziri Boris Pistorius başçılıq edir.
İkinci yerdə Bavariya Baş naziri Markus Zöder (42,1%), üçüncü yerdə isə Şimali Reyn-Vestfaliya Baş naziri Hendrik Vüst (40,8%) qərarlaşıb.