Bakı.Trend:
Bu il baş verən müxtəlif yanğınlarda təəssüf ki, 29 vətəndaşımız həlak olub. Bu göstərici 2024-cü ilin eyni dövründə 40 nəfər təşkil edirdi. Burada da 11 ölüm faktının azaldığı görülür.
Bu fikirləri Trend-ə müsahibəsində Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev deyib.
O, qeyd edib ki, 2025-ci ilin ötən dövrü ərzində qeydiyyata alınmış 1190 yanğın hadisəsində 124 nəfər vətəndaşımız xəsarət alıb.
"2024-cü ilin eyni dövründə isə 210 nəfər xəsarət almışdı. Bu statistikada 86 xəsarətalma faktının da azaldığı müşahidə olunur. Ölüm faktları əsasən çoxmənzilli yaşayış binalarında baş verib".
FHN rəsmisi əlavə edib ki, 29 ölüm hadisəsindən 3-ü çoxmənzilli binalarda, 20-si fərdi yaşayış evlərində,4-ü fərdi evin yardımçı tikilisində,1-i minik avtomobilində, 1-i isə qeyri-yaşayış sahəsində isə baş verib.
