Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilir. İclasa Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini, Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edir.
Trend-in məlumatına görə, iclasda mədəniyyət, təhsil, idman və gənclər siyasəti sahələrində əməkdaşlığın inkişaf etdirilməsi də diqqətdə saxlanılıb.
Əməkdaşlıq çərçivəsində qarşılıqlı olan mədəniyyət günlərinin keçirilməsi, gənclər forumlarının təşkili və şəhərlər arasında qardaşlaşma təşəbbüslərinin genişləndirilməsinin iki ölkə arasında humanitar əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyi bildirilib.
