...

Yanvar-sentyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 28 Oktyabr 2025 11:45 (UTC +04:00)
Yanvar-sentyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarə əməliyyatlarının ümumi həcmi 4,3 milyard ABŞ dolları təşkil edib.

Trend Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünun göstəricisi ilə müqayisədə 292 milyon ABŞ dolları və ya 6,3 faiz azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət əməliyyatlarının Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 12,25 faiz təşkil edib. Qeyd olunan dövrdə Azərbaycandan Türkiyəyə 2,6 milyard dollar həcmində məhsul ixrac olunub. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 346 milyon ABŞ dolları və ya 11,8 faiz azdır. Eyni zamanda 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyədən Azərbaycana idxal 1,7 milyard dollar təşkil edib ki, bu illik ifadədə 54 milyon dollar və ya 3,2 faiz çoxdur.

Qeyd etmək lazımdır ki, 2025-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan xarici ölkələrlə ümumilikdə 35,375 milyard ABŞ dolları həcmində ticarət əməliyyatları həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 877 milyon dollar və ya 2,5 faiz çoxdur.

Xarici ticarət dövriyyəsinin ümumi həcmi ixrac üzrə 18,606 milyard ABŞ dolları, idxal üzrə isə 16,769 milyard ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 1,248 milyard dollar (və ya 6,3 faiz) azalıb, idxal isə 2,126 milyard dollar (və ya 14,5 faiz) artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti