...

Birinci Qarabağ müharibəsində itkin düşən Lətif Şahüseynovun qalıqları dəfn edildi

Cəmiyyət Materials 28 Oktyabr 2025 13:01 (UTC +04:00)
Birinci Qarabağ müharibəsində itkin düşən Lətif Şahüseynovun qalıqları dəfn edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Şahüseynov Lətif Qəribalı oğlunun nəşinin qalıqları dəfn edilib.

Trend xəbər verir ki, vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Şahüseynov Qəribalı Xocavənd istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Aparılan araşdırmalardan sonradan məlum olub ki, Lətif Şahüseynov Zaqatala rayonunun Dağlı kənd qəbiristanlığında naməlum əsgər kimi dəfn olunub.

Xəbər lenti

Xəbər lenti