...

Azərbaycanın bank sektorunun xarici öhdəlikləri artıb

Maliyyə Materials 28 Oktyabr 2025 10:15 (UTC +04:00)
Azərbaycanın bank sektorunun xarici öhdəlikləri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın bank sektorunun xarici öhdəlikləri bu ilin sentyabrın 30-na 2,926 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, bu, ilin əvvəlinə nəzərən 340.6 milyon manat çoxdur.

"Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır", - deyə məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti