...

"Automechanika Baku" sərgisi yeni biznes imkanları yaradacaq - Fərid Məmmədov

Cəmiyyət Materials 28 Oktyabr 2025 11:30 (UTC +04:00)
"Automechanika Baku" sərgisi yeni biznes imkanları yaradacaq - Fərid Məmmədov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Automechanika Baku" sərgisi yeni biznes imkanları yaradacaq və regionda texnoloji tərəqqinin rəmzinə çevriləcək.

Trend xəbər verir ki, bunu Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Fərid Məmmədov "Automechanika Baku"ya həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Avtomobil Federasiyası "Automechanika Baku" sərgisinin keçirilməsini tam şəkildə dəstəkləyir:

"Çünki bununla bilik mübadiləsi, innovativ texnologiyaların tanıdılması, yol təhlükəsizliyi və dayanıqlı inkişaf prinsiplərinin təşviqi üçün unikal platforma yaranacaq. Azərbaycan Avtomobil Federasiyası olaraq, biz sərginin proqramında fəal iştirak edəcəyik. Təlimlər, texniki seminarlar və peşəkar standartlarının yüksəldirilməsinə yönəlmiş birgə təşəbbüslərlə çıxış edəcəyik".

O vurğulayıb ki, "Automechanika Baku" sərgisi beynəlxalq əməkdaşlığı gücləndirəcək, yeni biznes imkanları yaradacaq və regionda texnoloji tərəqqinin rəmzinə çevriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti