...

Fransız avtomobil istehsalçısı 6 model üzrə yüzlərlə nəqliyyat vasitəsini geri çağırır

Dünya xəbərləri Materials 27 Oktyabr 2025 19:34 (UTC +04:00)
Fransız avtomobil istehsalçısı 6 model üzrə yüzlərlə nəqliyyat vasitəsini geri çağırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransız avtomobil istehsalçısı “Renault” avtomatik dayanacaq əyləcində yaranmış nasazlıq səbəbi ilə 6 fərqli modelini geri çağırmaq qərarına gəlib.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, “Renault”un “Captur”, “Megane”, “Scenic”, “Austral”, “Rafale” və “Espace VI” modelləri bu geri çağırılma siyahısına daxildir. Nasazlıq Fransa hökumətinin rəsmi saytında paylaşılan məlumatda təsdiqlənib.

İstehsalçıya görə, bu problem 2024-cü il aprelin 10-dan 2025-ci il yanvarın 16-dək istehsal olunmuş (“Renault Captur II”, “Renault Megane E-Tech”, “Renault Scenic E-Tech”, “Renault Austral”, “Renault Rafale”, “Renault Espace VI”) bir neçə yüz nəqliyyat vasitəsini əhatə edir. Həmçinin bu nasazlıq “Dacia” markasının “Duster III” modelində də (xüsusilə “böyük soyuq ölkələr üçün” versiyada, 31 oktyabr 2024 – 31 oktyabr 2025 tarixləri arasında istehsal edilmiş avtomobillər) müşahidə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti