Bakı. Trend:
Dünyada şəkərin qiyməti bir neçə ilin ən aşağı səviyyəsinə enib.
Trend xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.
Bu azalma istehsalın sabit qalması və arıqlama dərmanlarının geniş yayılması nəticəsində tələbin azalması ilə əlaqələndirilir.
Qiymətlərin düşməsində əsas amillərdən biri kimi Braziliyanın tanınmış konsaltinq şirkəti "Datagro"nun ötən həftə açıqladığı proqnoz göstərilir. Şirkət 2025/26-cı illər üçün qlobal şəkər profisitini 1,98 milyon ton səviyyəsində dəyərləndirib, halbuki bundan əvvəl 5 milyon tonluq defisit gözlənilirdi.