Bakı. Trend:
Avropa dondurulmuş Rusiya aktivlərinin Ukraynaya ötürülməsi ilə bağlı qərarın qəbuluna yaxındır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Ukrayna prezidenti Volodimir Zelenski çıxış edib.
Zelenskinin fikrincə , gələcək liderlərin siyasəti necə olursa-olsun, onlar Ukraynanın həmin pulları silahların alınmasına və ya başqa məqsədlərlə istifadə edəcəyindən asılı olmayaraq bu prosesi dayandıra bilməyəcəklər
“Putin üçün Rusiya aktivləri ilə bağlı qərarda ən qorxulu məqam odur ki, Avropa artıq siqnal göndərib: Putinin Ukraynanı tükətmək məqsədilə müharibəni davam etdirməsinin mənası yoxdur. Çünki maliyyə tükənməsi baş verməyəcək. Bunu başa düşmək lazımdır”, - deyə Zelenski vurğulayıb.
