Bakı. Trend:
Bu ilin yanvar - sentyabr aylarında banklar 910.7 milyon manat xalis mənfəət əldə ediblər.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 81,1 milyon manat və ya 9,8% çoxdur.
Eyni zamanda hesabat dövründə banklar 1,373 milyard manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Bu isə bir il əvvəlki göstəriciyə nisbətən 0,105 milyon manat və yaxud 8,3% çoxdur.
Cari ilin 9 ayında banklar tərəfindən ümumilikdə 214.5 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
