...

Bərdə terrorunun qurbanları anılıb (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2025 11:48 (UTC +04:00)
Bərdə terrorunun qurbanları anılıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket qurğularından qadağan olunmuş kaset mərmiləri atması nəticəsində həlak olanlar anılıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, səhər saatlarından etibarən insanlar faciənin baş verdiyi əraziyə gələrək həlak olanların xatirəsini yad ediblər.

Həmçinin anım mərasimində rayon ictimaiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları da iştirak edib.

Qeyd edək ki, Vətən müharibəsinin 32 -ci günü, 28 oktyabr 2020 - ci ildə Ermənistan Silahlı Qüvvələri Bərdə şəhərinə atdığı Smerç tipli raket qurğusunda atılan kasetli mermisi 21 nəfər mülki şəxslərin ölümünə, 70 nəfərdən çox insanın yaralanmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti