Bakı. Trend:
2025-ci ilin 9 ayında 81,65 kilometr təmiri nəzərdə tutulan avtomobil yollarından 54,75 kilometri, əsaslı təmir olunub və əhalinin istifadəsinə verilib.
Trend xəbər verir ki, bu məlumatı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “X” hesabındakı paylaşımında yazıb.
F.Nəcəfli bildirib ki, bu proses “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilib.
“Görülən işlər Naxçıvan Muxtar Respublikasında yol infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və regionun sosial-iqtisadi inkişafının təmin olunmasına yönəlib”, - deyə o qeyd edib.
