Bakı. Trend:
Yaponiyanın yeni Baş naziri Sanae Takaçi Toykoda işgüzar səfərdə olan ABŞ Prezidentinə qətlə yetirilmiş sabiq Baş nazir Sindzo Abennin "patter" adlandırılan qolf ağacını hədiyyə edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, Tramp 2017-ci ildə Sindzo Abe ilə qolf matçı da keçirib.
Ağ Ev rəhbərinin qolf həvəskarı olduğunu nəzərə alaraq, ona verilən başqa bir hədiyyə isə tanınmış yapon qolfçu Hideki Matsuyama tərəfindən imzalanmış qolf çantası olub.
Qeyd edək ki, Amerika lideri həm də qolfa olan sevgisi ilə tanınır. Onun nəvəsi Key Tramp peşəkar qolfçudur.
