...

Azərbaycanda bankların aktivləri 10%-dən çox artıb

Maliyyə Materials 28 Oktyabr 2025 10:06 (UTC +04:00)
Azərbaycanda bankların aktivləri 10%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 56,138 milyard manat, cəmi öhdəlikləri 48,968 milyard manat, balans kapitalı 7,170 milyard manat olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, bank sektorunun aktivləri ötən ilin oktyabr ayının 1-i ilə müqayisədə 10.4% artıb.

Həmçinin, sentyabr ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri 0.8%, balans kapitalı isə 1.3% artıb.
Eyni zamanda hesabat ayında bankların kredit portfeli 2% və ya 571.4 milyon manat artaraq 29,276 milyard manat olub.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 53.1% (15,545 milyard manat);

ıı) istehlak kreditləri – 31.4% (9,183 milyard manat) və ııı) ipoteka kreditləri – 15.5% (4,548 milyard manat).

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 74.7%-i və ya 36,588 milyard manat. Depozit portfelinin 58%-i (21,211 milyard manat) hüquqi şəxslərin, 42%-i (15,377 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin 67.7%-i (10,405 milyard manat) milli valyutada, 32.3%-i (4,972 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63.2%-i (9,720 milyard manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri sentyabr ayında 1.7% və ya 159.5 milyon manat, tələbli əmanətləri isə 2.4% və ya 131.4 milyon manat artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti