...

İƏT-in Xankəndi sammiti gələcək perspektivlər üçün maraqlı təkliflərlə dolu idi – Pezeşkian

Dünya xəbərləri Materials 28 Oktyabr 2025 11:35 (UTC +04:00)
İƏT-in Xankəndi sammiti gələcək perspektivlər üçün maraqlı təkliflərlə dolu idi – Pezeşkian
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Azərbaycanın Xankəndi şəhərində keçirilən zirvə görüşü maraqlı və praktiki təkliflər toplusunun irəli sürüldüyü görüş idi.

Trend-in məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian bu gün Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin daxili işlər nazirlərinin iclasında deyib.

Pezeşkian bildirib ki, İƏT iqtisadi həmrəylik üçün üzvlərinin bir neçə onillik səyinin varisidir və bu istiqamətdə diqqəti cəlb edəcək nailiyyətlər əldə edib.

İran Prezidenti əlavə edib ki, bununla belə hələ də saysız-hesabsız imkanlar mövcuddur. Xoşbəxtlikdən gələcək əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün üzvlər iradə nümayiş etdirirlər.

Xatırladaq ki, İƏT-in 17-ci sammiti iyul ayında Xankəndidə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti