...

Cənub-şərqi Asiyaya dağıdıcı “Montta” siklonu yaxınlaşır – Minlərlə insan təxliyə olunur

Dünya xəbərləri Materials 28 Oktyabr 2025 13:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın cənub-şərqində yerləşən Andxra-Pradeş ştatına güclü “Montta” qasırğasının yaxınlaşması ilə əlaqədar ən azı 10 min sakin sahilyanı ərazilərdən təxliyə edilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Yerli hakimiyyət ştatın səkkiz dairəsində hava şəraiti ilə bağlı qırmızı təhlükə səviyyəsi elan edib. Həmin ərazilərdə qatarların və təyyarələrin hərəkəti dayandırılıb, məktəblər, kolleclər və uşaq bağçaları bağlanıb. Ştatın bütün ərazisində fövqəladə hallara reaksiya qüvvələri təbii fəlakət zonalarında xilasetmə əməliyyatları aparmaq üçün yüksək hazırlıq vəziyyətinə gətirilib.

Hindistan Meteorologiya Departamentinin məlumatına əsasən, Benqal körfəzində formalaşan “Montta” qasırğası bu gün Andxra-Pradeş və Odişa ştatlarının sahillərinə çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti