...

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyev dəfn edilib

Cəmiyyət Materials 28 Oktyabr 2025 14:04 (UTC +04:00)
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyev dəfn edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 28-də Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Abdulla Novruz oğlu Quliyevin dəfn mərasimi keçirilib.

Trend xəbər xəbər verir ki, Abşeron rayonunun Saray qəsəbəsindəki qəbiristanlıqda təşkil olunan mərasimdə mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məzarına tər güllər düzülüb, əklil qoyulub.

Qeyd edək ki, şəhid A. Quliyev 1968-ci il oktyabrın 26-da Göyçay rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib və 1992-ci il mayın 8-də Şuşa şəhərində itkin düşdüyü güman olunurdu. A. Quliyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan üç şəhiddən biridir.

Xəbər lenti

Xəbər lenti