...

"Betis" "Fənərbaxça"nın futbolçusu üçün 10 milyon avro təklif edəcək

İdman Materials 28 Oktyabr 2025 13:46 (UTC +04:00)
"Betis" "Fənərbaxça"nın futbolçusu üçün 10 milyon avro təklif edəcək

Bakı. Trend:

"Betis" "Fənərbaxça"dan icarəyə götürdüyü Sofian Amrabatla bağlı qərar verib.

Trend xəbər verir ki, İspaniya klubu mərakeşli yarımmüdafiçinin transfer hüquqlarına yiyələnmək istəyir.

"Ağ-yaşıllar" 29 yaşlı dayaq yarımmüdafiəçisi üçün İstanbul nəhənginə 10 milyon avro təklif edəcək.

Qeyd edək ki, "Betis" Sofian Amrabatı mövsümün əvvəlində icarəyə götürüb. Mərakeş millisinin üzvü La Liqa təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.

Xəbər lenti

Xəbər lenti