Bakı. Trend:
Dövlət Dumasının deputatları plenar iclasda bütün təqvim ili ərzində müddətli hərbi xidmətə çağırışın həyata keçirilməsini nəzərdə tutan qanun layihəsini üçüncü, yəni son oxunuşda qəbul ediblər.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Sənəd 2025-ci il iyulun 22-də parlamentin müzakirəsinə Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov və onun birinci müavini Andrey Krasov tərəfindən təqdim olunub. Qanun layihəsi birinci oxunuşda sentyabrın 24-də, ikinci oxunuşda isə oktyabrın 21-də qəbul edilib.
Yeniliklərə əsasən, tibbi müayinə, peşəkar-psixoloji seçim və çağırış komissiyasının iclasları öncədən müəyyən edilmiş dövrlərdə deyil ilboyu keçiriləcək. Bununla belə, sənəddə qeyd olunur ki, əsgərliyə göndərişlər faktiki olaraq ildə iki dəfə - 1 aprel–15 iyul və 1 oktyabr–31 dekabr tarixləri arasında həyata keçiriləcək.
