...

Əmlak Məsələləri Dövlət Xidmətinin xidməti minik avtomobillərinin say həddi artırılıb

Cəmiyyət Materials 28 Oktyabr 2025 15:35 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Xidmətinin xidməti minik avtomobillərinin say həddi artırılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddində (limiti) dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xidməti minik avtomobillərinin say həddi 18 vahid artırılaraq 42 olub.

Həmçinin, Dövlət Xidmətinin ərazi və yerli bölmələr üzrə xidməti minik avtomobillərinin say həddi 18-dən 36-ya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti